Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
Jnews.az xəbər verir ki, 7 vaqondan ibarət və ümumi çəkisi 242 ton olan propan avqustun 24-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 50 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1172 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.
Bundan əlavə, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, eləcə də 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.
