11 Elul 5786 24 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsrail ordusu Qəzzada HƏMAS-ın silah istehsalı obyektini vurub

İsrail ordusu Qəzzada HƏMAS-ın silah istehsalı obyektini vurub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının mərkəzində yerləşən Məğazi rayonunda HƏMAS-a məxsus silah istehsalı obyektinə zərbə endirildiyini açıqlayıb.

Jnews.az xəbər verir ki, zərbə nəticəsində obyektə cavabdeh olan HƏMAS komandiri İsmayıl Əbu Ful zərərsizləşdirilib.

İsrail ordusunun bildirdiyinə görə, Əbu Ful HƏMAS-ın hərbi qanadı üçün partlayıcı qurğular və tank əleyhinə raketlərin istehsalında iştirak edib.

Ordudan qeyd olunub ki, silah istehsalı obyekti beynəlxalq təşkilat tərəfindən idarə olunan yardım paylama məntəqəsinin yaxınlığında yerləşib. İsrail tərəfi HƏMAS-ı atəşkəs rejimini pozmaqla yanaşı, hərbi fəaliyyət üçün mülki infrastruktura yaxın ərazilərdən istifadə etməkdə ittiham edib.

İsrail hərbçiləri zərbədən əvvəl mülki əhali üçün təhlükəni azaltmaq məqsədilə bir sıra tədbirlərin görüldüyünü bildiriblər. Bu tədbirlərə xəbərdarlıqların edilməsi, dəqiq silahlardan istifadə və havadan müşahidənin aparılması daxil olub.

SAXAL bölmələrinin atəşkəs sazişinə uyğun olaraq “Sarı xətt” boyunca yerləşdiyi mövqelərdə fəaliyyətini davam etdirdiyi bildirilib.

İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis rayonunda HƏMAS-ın “Nuxba” qüvvələrinin taqım komandirinin də zərərsizləşdirildiyini açıqlayıb. Məlumata görə, həmin şəxs 7 oktyabr 2023-cü ildə İsrailə qarşı həyata keçirilən hücumda iştirak edib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsrail ordusu Qəzzada HƏMAS-ın silah istehsalı obyektini vurubjnews.az səsləndirməsi