Yenilənib: Avqust 24, 2026 1:19 axşam
“Netflix”, “eBay” və “Anthropic” şirkətləri Azərbaycanda vergi uçotuna alınıb.
Jnews.az xəbər verir ki, şirkətlərin qeydiyyata alınması Azərbaycanda xarici elektron xidmət təminatçılarının fəaliyyətini tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilib.
Xarici texnologiya şirkətlərinin vergi uçotuna alınması ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində həyata keçirilir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, qeydiyyat xüsusi elektron portal vasitəsilə həyata keçirilib.
Son qeydiyyat prosedurlarından sonra Azərbaycanda vergi uçotuna alınmış beynəlxalq rəqəmsal xidmət təminatçılarının sayı daha dörd şirkət artıb.
Mənbə: Jnews.az
