Yenilənib: Avqust 24, 2026 12:16 axşam
“Google” şirkəti İsraildə “YouTube Premium” abunəliyinin qiymətinin artırılacağını açıqlayıb.
Jnews.az xəbər verir ki, sentyabrın 1-dən etibarən xidmətin aylıq qiyməti 23,90 şekeldən 29,90 şekelə yüksələcək. Bu, təxminən 25 faizlik artım deməkdir.
Şirkət qiymət artımını istifadəçilərə daha keyfiyyətli xidmət göstərmək və məzmun yaradıcılarına dəstəyi gücləndirmək istəyi ilə izah edib.
Bununla belə, İsraildə “YouTube Premium”un yeni qiyməti bir sıra Qərb ölkələri ilə müqayisədə hələ də daha aşağıdır. Məsələn, ABŞ-da analoji abunəliyin qiyməti 15,99 dollar, yəni təxminən 46 şekel, İtaliyada isə 20,99 avro, təxminən 74 şekel təşkil edir.
Mənbə: newsru.co.il
