Yenilənib: Avqust 24, 2026 11:36 səhər
Yerusəlimdə qadın obrazları, su ünsürü və Kabbalanın mistik təlimi arasındakı əlaqəni araşdıran “Hikmət dənizi” adlı sərgi fəaliyyətə başlayıb.
Jnews.az xəbər verir ki, ekspozisiyada bu mövzuların yəhudi ənənəsi və fəlsəfəsi prizmasından bədii şəkildə dərk edilməsi təqdim olunur.
Sərgidə nümayiş etdirilən əsərlər suyun həyatverici xüsusiyyətləri ilə mənəvi aləmin qovuşmasını müxtəlif aspektlərdən əks etdirir. Ekspozisiyada xüsusi diqqət suyun Kabbala təlimindəki yerinə və simvolik mənasına yönəldilib.
Sərgi vasitəsilə ziyarətçilərə suyun yalnız fiziki element deyil, həm də mənəvi və mistik məna daşıyan anlayış kimi yəhudi ənənəsindəki rolu təqdim olunur.
Mənbə: jpost.com
