11 Elul 5786 24 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycan və Özbəkistan prezidentləri Buxarada Ark qalasını ziyarət ediblər

Azərbaycan və Özbəkistan prezidentləri Buxarada Ark qalasını ziyarət ediblər

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərindəki tarixi Ark qalasına baş çəkiblər.

Ark qalası eramızdan əvvəl IV əsrdə tikilmiş, onun müasir görünüşü isə əsasən XVII–XVIII əsrlərdə formalaşmışdır. XX əsrin əvvəllərində tikilidən Buxara hökmdarlarının qış iqamətgahı kimi istifadə olunmuşdur. Hazırda citadel 4 hektar ərazini əhatə edir. Kompleksin əhəmiyyətli hissəsi 1920-ci ildə dağıdılmışdır, 1947-ci ildən isə onun ərazisində Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Azərbaycan və Özbəkistan prezidentləri Buxarada Ark qalasını ziyarət ediblərjnews.az səsləndirməsi