İsrail rəhbərliyi Qəzzaya dəstək üzrə fəaliyyət göstərən Beynəlxalq Mərkəzdən Böyük Britaniya və digər Avropa ölkələrinin nümayəndələrinin uzaqlaşdırılması imkanını müzakirə edir.
Jnews.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, söhbət ABŞ-ın rəhbərliyi ilə İsrailin Kiryat-Qat şəhərində yaradılan Mülki-Hərbi Koordinasiya Mərkəzindən (CMCC) gedir.
Mərkəz İsrail və HƏMAS arasında atəşkəs rejiminə nəzarət etmək və Qəzza ilə bağlı fəaliyyətləri koordinasiya etmək məqsədilə yaradılıb.
“Financial Times”ın mənbələri bildiriblər ki, müzakirə olunan məhdudiyyətlər yalnız Böyük Britaniya nümayəndələrinə deyil, digər Avropa ölkələrinin təmsilçilərinə də şamil oluna bilər.
