ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin yaxın həftələrdə Yaxın Şərqə göndərilməsi planlaşdırılır.
Jnews.az xəbər verir ki, bu barədə CNN ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, gəminin heyətində təxminən 5 min hərbçi olacaq. Onların Yaxın Şərqdə ən azı yeddi ay xidmət aparacağı gözlənilir. Bununla belə, ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi heyətə daha uzunmüddətli xidmətə hazırlaşmağı tövsiyə edib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin baş çavuşu Con Perriman bildirib ki, heyətə səkkiz aylıq xidmət müddətini nəzərə alaraq plan qurmaq tövsiyə olunub.
Məlumata əsasən, “USS Theodore Roosevelt”in Yaxın Şərqə göndərilməsi ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki əməliyyat yükünün artdığı bir vaxtda həyata keçiriləcək. Gəminin bölgədə artıq fəaliyyət göstərən “USS George Washington” təyyarədaşıyan gəmisini əvəz etməsi gözlənilir.
