Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
Jnews.az xəbər verir ki, klubun UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar olaraq ona 5 milyon manat məbləğində vəsait ayrılıb.
Maliyyə vəsaiti Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan təmin ediləcək.
Sərəncamın icrası ilə bağlı Maliyyə Nazirliyinə müvafiq maliyyələşməni təmin etmək tapşırılıb. Nazirlər Kabineti isə sənəddən irəli gələn digər məsələlərin həllini həyata keçirməlidir.
