14 Elul 5786 27 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Bakı metrosunun Gənclik stansiyasının girişi

Bu gün Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcək

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” və Niderlandın “Tvente” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off oyunu ilə əlaqədar Bakı metrosunun iş rejimində dəyişikliklər tətbiq ediləcək.

“Bakı Metropoliteni” QSC-dən Jnews.az-a verilən məlumata görə, stadionun yaxınlığında yerləşən “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Oyunla bağlı sərnişin sıxlığının artacağı ehtimalını nəzərə alan qurum, ehtiyat qatarları xəttə buraxılmağa hazır vəziyyətdə saxlayacaq.

Bundan əlavə, sərnişin axınının tənzimlənməsi üçün növbətçilik əsasında əlavə işçi qüvvəsi cəlb olunacaq. “Nərimanov” və “28 May” stansiyalarında da zəruri əlavə tədbirlərin görülməsi nəzərdə tutulub.

Qurumdan bildirilib ki, gün ərzində qatarların hərəkəti mövcud qrafik üzrə davam edəcək.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Bu gün Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcəkjnews.az səsləndirməsi