İsrail mətbuatının yaydığı məlumata görə, ölkənin Baş naziri Binyamin Netanyahu iyulun 18-də Vaşinqtona səfər edəcək.
Səfər çərçivəsində B. Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır.
Bununla belə, iki lider arasında keçiriləcək görüşün tarixi və vaxtı hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Məlumata əsasən, görüş baş tutacağı təqdirdə tərəflərin Yaxın Şərqdəki son vəziyyəti, Qəzza zolağında atəşkəs, İranın nüvə proqramı, regional təhlükəsizlik məsələləri, eləcə də ABŞ–İsrail strateji əməkdaşlığının gələcək istiqamətləri ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.