15 Elul 5786 28 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Əli Əsədov turizmin inkişafı üzrə iclasda

Əli Əsədov turizmin inkişafı ilə bağlı tapşırıqlar verib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycanın Baş naziri Əli Əsədov 2026–2030-cu illərdə turizmin inkişafına dair Dövlət Proqramının icrasının təmin edilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına tapşırıqlar verib.

Jnews.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin qərarında Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli həyata keçirilməsi üçün bir sıra konkret vəzifələr müəyyənləşdirilib.

Turizm sahəsində yeni tədbirlər həyata keçiriləcək

Dövlət Proqramı Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənib. Sənəd 2026–2030-cu illərdə Azərbaycanda turizmin inkişafının əsas istiqamətlərini müəyyən edir.

Proqram çərçivəsində turizm sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, investisiyaların təşviqi və turizm layihələri üçün daha əlverişli maliyyə mexanizmlərinin yaradılması nəzərdə tutulur.

Turizm layihələrinə dəstək artırılacaq

Dövlət Turizm Agentliyinə “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlamaq və Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Bundan başqa, turizm layihələrinə investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulur.

Turizm və rekreasiya zonalarında hotellər, sanatoriya-kurort müəssisələri, qış idmanı obyektləri, konqres mərkəzləri və digər layihələr üzrə manatla verilən kreditlərə faiz subsidiyalarının tətbiqi imkanları da qiymətləndiriləcək.

Dövlət Proqramının icrasına nəzarət gücləndiriləcək

Proqramda nəzərdə tutulan tədbirlərin icrasına nəzarət məqsədilə “e-monitorinq” portalında xüsusi modul yaradılacaq.

2027-ci ildən etibarən Dövlət Proqramının monitorinqi və qiymətləndirilməsi həmin modul vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, Dövlət Proqramının layihəsi iyul ayında Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasında da müzakirə olunub. İclasın yekununda layihənin Prezidentə təqdim edilməsi barədə qərar qəbul edilib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Əli Əsədov turizmin inkişafı ilə bağlı tapşırıqlar veribjnews.az səsləndirməsi