Norveç kralı V Harald 89 yaşında Oslodakı xəstəxanalardan birində vəfat edib.
Jnews.az xəbər verir ki, bu barədə Norveç Kral Sarayının mətbuat xidməti məlumat yayıb.
“Kral V Harald vəfat edib. Dərin hüznlə bildiririk ki, Əlahəzrət Kral Harald bu gün dünyasını dəyişib”, – deyə rəsmi açıqlamada bildirilib.
Qeyd edək ki, Norveç monarxı avqustun 17-də hemolitik anemiya və infeksiyanın yaratdığı ağırlaşmalar səbəbindən xəstəxanaya yerləşdirilmişdi. O, həmin vaxtdan etibarən müalicə aldığı tibb müəssisəsindən ayrılmamışdı.
Avqustun 27-də Kral Sarayı V Haraldın səhhətinin daha da pisləşdiyini, vəziyyətinin isə son dərəcə ağır olduğunu açıqlamışdı.
Qlüksburqlar sülaləsinin nümayəndəsi olan V Harald 1991-ci ildən Norveç kralı idi.
Onun vəfatından sonra Norveç taxt-tacı 53 yaşlı oğlu, vəliəhd şahzadə Hokona keçəcək.
