Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarından uğurla keçərək tələbə adını qazanan abituriyentlərin rəsmi qeydiyyat prosesi başlayıb.
Jnews.az xəbər verir ki, qəbul prosesini tam başa çatdırmaq üçün ali təhsil müəssisələrinə qəbul olunan şəxslər tələb olunan sənədləri seçdikləri universitetlərə təqdim etməlidirlər.
Qeydiyyat tələbə statusunun rəsmiləşdirilməsi və qəbul prosesinin yekunlaşdırılması üçün məcburi mərhələdir.
Mənbə: oxu.az
