13 Elul 5786 26 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsrailin iki universiteti dünya reytinqində ilk 100-lüyə daxil olub

İsrailin iki universiteti dünya reytinqində ilk 100-lüyə daxil olub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Təhsil
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 26, 2026 1:00 axşam

İsrailin iki ali təhsil müəssisəsi dünyanın ən yaxşı 100 universiteti sırasında yer alıb.

Jnews.az xəbər verir ki, “ShanghaiRanking” tərəfindən hazırlanan Dünya Universitetlərinin Akademik Reytinqində (ARWU) Veytsman Elm İnstitutu 71-ci, Yerusəlim İvrit Universiteti isə 89-cu pillədə qərarlaşıb.

ARWU reytinqi ilk dəfə 2003-cü ildə dərc olunub və hər il 2500-dən çox universitetin fəaliyyətini qiymətləndirir. Onlardan ən yaxşı 1000 ali təhsil müəssisəsi yekun siyahıya daxil edilir.

Reytinq hazırlanarkən universitetlərin akademik və elmi göstəriciləri, o cümlədən müəllim və məzunları arasında “Nobel” mükafatı və “Fields” medalına layiq görülənlərin sayı, yüksək sitat gətirilən tədqiqatçıların mövcudluğu, həmçinin “Nature” və “Science” kimi nüfuzlu elmi jurnallarda dərc olunan araşdırmalar nəzərə alınır.

Bununla yanaşı, son illərdə bəzi İsrail ali təhsil müəssisələrinin reytinqdəki mövqelərində geriləmə müşahidə olunur. 2023-cü ildə Veytsman Elm İnstitutu və İsrail Texnologiya İnstitutu son on ilin ən yüksək nəticələrindən birini göstərərək müvafiq olaraq 68-ci və 79-cu yerləri tutmuşdu. Yerusəlim İvrit Universiteti isə 2022-ci ildə 77-ci pilləyə yüksəlmişdi.

Cari reytinqdə Texnion ilk 100-lükdən kənarda qalıb. Ben-Qurion Negev Universiteti isə ilk 400-lükdən ilk 500-lüyə geriləyib.

Bununla belə, Təl-Əviv Universiteti 2022-ci ildən sonra ilk dəfə dünyanın ən yaxşı 200 universiteti sırasına daxil olub. Bar-İlan Universiteti ilk 600-lükdəki mövqeyini qoruyub, Hayfa Universiteti isə ilk 700-lükdə yer alıb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsrailin iki universiteti dünya reytinqində ilk 100-lüyə daxil olubjnews.az səsləndirməsi