İsrailin süni intellekt əsaslı təhlükəsizlik texnologiyaları sahəsində fəaliyyət göstərən “Alice” şirkəti növbəti maliyyələşmə raundunu uğurla başa vurub.
Jnews.az xəbər verir ki, startap investisiya raundu çərçivəsində 140 milyon dollar vəsait cəlb edib.
Şirkət süni intellekt sistemlərinin bütün həyat dövrü boyunca təhlükəsizliyinin təmin olunması üçün həllər təqdim edir.
Son maliyyələşmə raundundan sonra “Alice” şirkətinin indiyədək cəlb etdiyi ümumi investisiyaların həcmi 280 milyon dollara çatıb.
Mənbə: jpost.com
