Romada İsrail və Livan arasında keçirilən danışıqların ikinci günü başa çatıb. Görüşlər daha əvvəl Vaşinqtonda imzalanmış çərçivə sazişinin icrası məsələlərinə həsr olunub.
“Al Jazeera” xəbər verir ki, iki gün davam edən danışıqlar ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livanın səfirlərinin rəhbərliyi altında keçirilib. Tərəflər əldə olunmuş razılaşmaların icrası istiqamətində atılacaq növbəti addımları müzakirə ediblər.
Müzakirələrin əsas mövzularından biri İsrail ordusunun Livanın cənubundakı iki “sınaq zonasından” çıxarılması və həmin ərazilərə nəzarətin Livan ordusuna təhvil verilməsi olub.