7 Av 5786 21 iyul 2026 🕯️ Şam yandırma — 19:47, cümə Şabbatın çıxışı — 20:53, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
İran "Amazon"un məlumat mərkəzinə raket zərbəsi endirdiyini iddia edib

İran “Amazon”un məlumat mərkəzinə raket zərbəsi endirdiyini iddia edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ-ın “Amazon” şirkətinə məxsus mərkəzi məlumat infrastrukturuna (data mərkəzinə) bir neçə qanadlı raketlə zərbə endirdiyini və obyektin tamamilə məhv edildiyini iddia edib.

Sözügedən hücumun “Nəsr 2” əməliyyatının 24-cü mərhələsi çərçivəsində həyata keçirildiyi bildirilib. 

İran tərəfi iddia edib ki, zərbə ABŞ ordusunun bir gün əvvəl İranın Darkhovin bölgəsində tikilməkdə olan mülki obyektə endirdiyi hücuma cavab olaraq təşkil edilib.

Məlumata əsasən, hədəf alınan obyekt ABŞ-ın texnoloji infrastrukturunun mühüm elementlərindən biri hesab olunur.

SEPAH hücum nəticəsində “Amazon”un Bəhreyndəki məlumat mərkəzinin tamamilə məhv edildiyini iddia etsə də, bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Hazırda “Amazon”, ABŞ rəsmiləri və Bəhreyn hökuməti hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Buna görə də obyektə dəyən ziyanın miqyası və SEPAH-ın irəli sürdüyü iddiaların doğruluğu barədə dəqiq məlumat yoxdur.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
İran “Amazon”un məlumat mərkəzinə raket zərbəsi endirdiyini iddia edibjnews.az səsləndirməsi