6 Av 5786 20 iyul 2026 🕯️ Şam yandırma — 19:47, cümə Şabbatın çıxışı — 20:53, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
Rusiya bu gecə Kiyevə rekord sayda raket və PUA ilə hücum edib

Rusiya bu gecə Kiyevə rekord sayda raket və PUA ilə hücum edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Ukrayna hakimiyyəti bildirib ki, ötən gecə Rusiya tərəfindən Kiyevə qarşı müharibənin başlanmasından bəri ən böyük ballistik raket hücumu həyata keçirilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya gecə saatlarında Ukrayna ərazisinə genişmiqyaslı kombinə edilmiş hava hücumu təşkil edib. Hücum zamanı ümumilikdə 166 hava hədəfi qeydə alınıb. Bunlardan 41-i raket, 125-i isə pilotsuz uçuş aparatı (PUA) olub. Məlumatda əsas zərbə istiqamətinin Kiyev olduğu qeyd edilib.

Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri, radioelektron mübarizə bölmələri və mobil atəş qruplarının fəaliyyəti nəticəsində 126 hava hədəfi zərərsizləşdirilib. Onlardan 18-i raket, 108-i isə pilotsuz uçuş aparatı olub.

Bununla yanaşı, ilkin məlumatlara əsasən, 23 raket və 10 zərbə tipli pilotsuz uçuş aparatının 20 müxtəlif nöqtəyə düşdüyü qeydə alınıb. Həmçinin vurulan dronların qalıqlarının 18 ərazidə yerə düşdüyü bildirilib.

Hücum nəticəsində Kiyevdə 1 nəfər həlak olub, daha 8 nəfər yaralanıb.

Bundan əlavə, Rusiyaya məxsus pilotsuz uçuş aparatının Zaporojye vilayətində sərnişin qatarına hücum etdiyi bildirilib.

Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Rusiya bu gecə Kiyevə rekord sayda raket və PUA ilə hücum edibjnews.az səsləndirməsi