22 Elul 5786 4 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Kiyevdə raket hücumu: Azərbaycan səfirliyinin binasına ziyan dəyib

Kiyevə raket hücumu: Azərbaycan səfirliyinin binasına ziyan dəyib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅

Bu gecə Rusiya ordusunun Kiyev şəhərinə hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb.

Zərbələrin əsas hədəfi “Lukyanovka” metrostansiyasının ətrafı olub.

Stansiyanın giriş hissəsi dağılıb. Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb.

Səfiriyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib.

Kiyev Şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →