Yenilənib: Sentyabr 4, 2026 1:39 axşam
İsrail Müdafiə Ordusu (SAXAL) və İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) sentyabrın 2-də Qəzza zolağında birgə əməliyyat keçirib.
Jnews.az xəbər verir ki, əməliyyat nəticəsində HƏMAS-ın elit “Nuxba” bölüyünün komandiri Məhəmməd Mahmud Marşad əl-Qadi öldürülüb. Dəqiq zərbə Xan Yunis bölgəsində yerləşən obyektə endirilib.
ŞABAK-ın məlumatına görə, əməliyyatın məqsədi silahlı şəxsin yaratdığı birbaşa təhlükəni aradan qaldırmaq olub.
İsrail mediasının məlumatına görə, əl-Qadi oktyabrın 7-də “Sufa” hərbi bazasına hücumda əsas rol oynayıb və hücum zamanı terrorçulara komandanlıq edib. O, həmçinin müharibə zamanı Rəfah bölgəsində girovların saxlanılmasında iştirak edib.
Son dövrdə öldürülən komandirin fəaliyyəti yeni döyüşçülərin hazırlanmasına və HƏMAS təşkilatının əməliyyat imkanlarının bərpasına yönəlmişdi.
Mənbə: newsru.co.il
