22 Elul 5786 4 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
LANDAU School-da birinci sinif şagirdlərinin ilk dərs günü

Bakıdakı LANDAU School-da birinci sinif şagirdlərinin ilk dərs günü keçirilib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 4, 2026 12:16 axşam

Bakıda yerləşən LANDAU School-da birinci sinif şagirdləri üçün ilk dərs günü keçirilib. Tədbir məktəbin həm Azərbaycan, həm də rus bölmələrini əhatə edib.

Jnews.az xəbər verir ki, məktəb həyatına ilk addımlarını atan şagirdlər tədris mühiti ilə tanış olub, müəllimləri və sinif yoldaşları ilə görüşüblər. Rəhbərlik qeyd edib ki, bu gün şagirdlərin yeni tədris mərhələsinə motivasiya ilə başlaması və məktəb mühitinə uyğunlaşması baxımından əlamətdar olub.

LANDAU School-da tədris prosesi Azərbaycan, rus və ingilis dillərində aparılır. Məktəbdə müasir təhsil metodlarından, o cümlədən STEM əsaslı metodologiyadan istifadə olunur. Tədris proqramı yaradıcı problem həlli və şagirdlərin müxtəlif bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları əhatə edir.

İbtidai təhsil mərhələsində məktəbin əsas məqsədi şagirdlər üçün onların özlərini dəyərli hiss etdiyi, öyrənməyə maraq göstərdiyi və inkişaf etdiyi bir təhsil mühiti yaratmaqdır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Bakıdakı LANDAU School-da birinci sinif şagirdlərinin ilk dərs günü keçirilibjnews.az səsləndirməsi