21 Elul 5786 3 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Bakıda keçirilən beynəlxalq minatəmizləmə konfransının iştirakçıları

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı davam edir

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə IV Beynəlxalq Minatəmizləmə Konfransı davam edir.

Jnews.az xəbər verir ki, “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda keçirilən konfransda 60 ölkədən 400-dən çox nümayəndə iştirak edir.

Tədbirə müxtəlif ölkələrin yüksək vəzifəli dövlət rəsmiləri, BMT qurumlarının, beynəlxalq təşkilatların və milli minatəmizləmə mərkəzlərinin nümayəndələri, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların əməkdaşları iştirak qatılıblar.

Panel müzakirələri

Konfransın ikinci günündə bir sıra panel müzakirələri keçirilir. Müzakirələr zamanı minatəmizləmə siyasətinin şəhər ərazilərinin bərpası prosesinə inteqrasiyası, torpaqların təmizlənməsinin səmərəliliyinin artırılması üçün innovativ texnologiyaların tətbiqi, eləcə də humanitar minatəmizləmə sahəsində ölkələrin təcrübəsi və əldə olunan nəticələr müzakirə edilir.

Beynəlxalq əməkdaşlığın gücləndirilməsi

Konfransın əsas məqsədləri Azərbaycan ərazisindəki mina probleminə beynəlxalq diqqəti artırmaq, humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək və təhlükəsiz və dayanıqlı bərpa prosesində minatəmizləmənin rolunu müzakirə etməkdir.

Tədbir çərçivəsində innovativ yanaşmaların və qabaqcıl təcrübələrin mübadiləsi, həmçinin mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq səylərin səfərbər edilməsi məsələləri güdəmdədir.

Konfrans 2-3 sentyabr tarixlərində keçirilir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı davam edirjnews.az səsləndirməsi