20 Elul 5786 2 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycan Prezidenti İlham Əliyev Dmitri Şlapaçenko ilə görüşdə

İlham Əliyev BMT-nin yeni rezident-əlaqələndiricisini qəbul edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib.

Jnews.az xəbər verir ki, görüş zamanı Dmitri Şlapaçenko etimadnaməsini dövlət başçısına təqdim edib.

Azərbaycan-BMT əməkdaşlığı

İlham Əliyev Azərbaycanla BMT arasında tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Prezident ölkədə COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi böyükmiqyaslı beynəlxalq tədbirlərin keçirildiyini qeyd edib.

Dövlət başçısı həmçinin BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Dmitri Şlapaçenko Azərbaycanı BMT-nin mühüm tərəfdaşı adlandırıb. O, Azərbaycanın “orta güc” dövləti kimi nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini qeyd edib.

Qarabağda mina problemi müzakirə olunub

Görüşdə Qarabağ və Şərqi Zəngəzurda postmünaqişə dövründə aparılan bərpa işlərinə də xüsusi diqqət yetirilib.

Dmitri Şlapaçenko BMT-nin mina təhlükəsinin aradan qaldırılması sahəsində öz təcrübəsini Azərbaycanla bölüşməyə və bu istiqamətdə ölkəyə dəstək göstərməyə hazır olduğunu bildirib.

İlham Əliyev Azərbaycanın üzləşdiyi mina probleminin miqyasını diqqətə çatdırıb və bərpa işlərinə maneələrə baxmayaraq, bu istiqamətdə ardıcıl fəaliyyətin davam etdirildiyini vurğulayıb.

BMT-nin rezident əlaqələndiricisi yaxın vaxtlarda Qarabağa səfər etməyi planlaşdırdığını bildirib. O, BMT Günü münasibətilə Qarabağ Universitetində böyük tədbirin keçirilməsinin nəzərdə tutulduğunu da qeyd edib.

Görüşdə həmçinin ekoloji məsələlər müzakirə olunub. Tərəflər Cənubi Qafqazdakı transsərhəd çayların ekoloji vəziyyətinin yaxşılaşdırılması və Xəzər dənizində su səviyyəsinin azalması məsələləri barədə fikir mübadiləsi aparıblar.

Dmitri Şlapaçenko 1 iyul 2026-cı ildən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi vəzifəsini icra edir. Bundan əvvəl o, 2021-2026-cı illərdə BMT-nin Türkmənistandakı rezident əlaqələndiricisi olub.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İlham Əliyev BMT-nin yeni rezident-əlaqələndiricisini qəbul edibjnews.az səsləndirməsi