Yenilənib: Sentyabr 1, 2026 11:03 səhər
Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
Jnews.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığı vurğulanıb. Liderlər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsindən məmnunluqlarını ifadə ediblər.
Prezidentlər “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq Azərbaycan və Türkiyənin həm əlverişli, həm də çətin vaxtlarda bir-birinə daim dəstək verdiyini qeyd ediblər.
Görüşdə əsas diqqət regionda sülh və sabitliyin möhkəmləndirilməsi məsələlərinə yönəlib.
Dövlət başçıları, həmçinin müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərini, regional gündəmin aktual məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.




