Bişkekdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.
Jnews.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriblər.
Görüşdə, həmçinin regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər yüksək səviyyədə müntəzəm dialoqun davam etdirilməsinin və iki ölkə arasında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
