20 Elul 5786 2 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
IAI raketinin sınaqlarının keçirildiyi gəmi

İsrailin yeni ballistik raketi dənizdən uğurla sınaqdan keçirilib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Texnologiya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 2, 2026 2:30 axşam

İsrailin “Israel Aerospace Industries” (IAI) şirkətinin hazırladığı “Naval LORA” ballistik raketi Almaniya Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən sınaqlar zamanı uğurlu nəticə göstərib.

Jnews.az xəbər verir ki, IAI-nin açıqlamasına əsasən, sınaqlar Şimali Atlantikdə Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus operativ hərbi gəmidən həyata keçirilib.

Sınaqlar zamanı raket müəyyən edilmiş trayektoriyaya çıxıb, marşrut üzrə naviqasiyanı uğurla həyata keçirib və təyin olunmuş hədəfi yüksək dəqiqliklə vurub.

IAI bildirib ki, sınaqlar raketin dəniz platformalarından uzaqmənzilli dəqiq zərbələr endirmək imkanlarını nümayiş etdirib.

Almaniya Hərbi Dəniz Qüvvələrinin rəhbəri vitse-admiral Yan Kristian Kaak sınağın uğurlu nəticəsini mühüm hadisə kimi qiymətləndirib.

“Naval LORA” IAI tərəfindən hazırlanmış və həm quru, həm də dəniz platformalarından buraxıla bilən yüksək dəqiqlikli ballistik raket sistemidir. Şirkətin məlumatına görə, raketin uçuş məsafəsi 500 kilometrədəkdir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsrailin yeni ballistik raketi dənizdən uğurla sınaqdan keçirilibjnews.az səsləndirməsi