Bakı Sefarad Yəhudiləri İcmasının rəhbəri ravvin Zamir İsayev İsrail Xarici İşlər Nazirliyinin təşkil etdiyi J50 Konfransında iştirak edib.
Jnews.az xəbər verir ki, bu barədə Zamir İsayev sosial şəbəkə hesabında paylaşım edib.
Z. İsayev bildirib ki, daimi üzvü olduğu J50 Konfransında iştirak etməkdən məmnunluq duyub.
Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən əsas yəhudi icmalarının liderlərini bir araya gətirən bu platformada Azərbaycanı təmsil etmək xüsusi əhəmiyyət daşıyıb.
Ravvin qeyd edib ki, konfrans çərçivəsində diaspor-İsrail münasibətləri, yəhudi icmalarının qarşılaşdığı çağırışlar və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
“Dünyanın müxtəlif ölkələrindən əsas yəhudi icma liderlərini bir araya gətirən bu mühüm platformada Azərbaycanı təmsil etmək, diaspor–İsrail münasibətləri, yəhudi icmalarının qarşısında duran çağırışlar və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmaq mənim üçün xüsusi əhəmiyyət daşıyırdı”, – deyə Z. İsayev bildirib.
O, konfransın təşkilatçılarına dəvət və səmimi qonaqpərvərliyə görə təşəkkür edib.


