20 Elul 5786 2 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Misirin Şarm-əl-Şeyx kurort şəhərində əsas yol

Misirdə avtobus qəzası: 16 nəfər ölüb, 28 nəfər yaralanıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Misirin Cənubi Sinay vilayətində sərnişin avtobusunun aşması nəticəsində 16 nəfər ölüb, 28 nəfər yaralanıb.

Jnews.az xəbər verir ki, Misirin Səhiyyə Nazirliyinin məlumatına görə, qəza sentyabrın 2-də Dahab–Nüveybə yolunda, Nüveybə istiqamətində baş verib.

Qəza barədə məlumat daxil olduqdan dərhal sonra nazirliyin mərkəzi əməliyyat otağı fəaliyyətə başlayıb və hadisə yerinə 20 təcili tibbi yardım maşını göndərilib.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıb. Nazirlik 16 nəfərin hadisə yerində öldüyünü, 28 nəfərin isə xəsarət aldığını açıqlayıb.

Misirin səhiyyə naziri Xalid Əbdül Qaffarın göstərişi ilə yaralılara lazımi tibbi yardımın göstərilməsi, dərman və tibbi ləvazimatlarla təmin olunması üçün bütün imkanların səfərbər edildiyi bildirilib.

Qəzanın səbəbi ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Dahab–Nüveybə yolu Qırmızı dəniz sahilində yerləşən və turistlər arasında populyar olan yaşayış məntəqələrini birləşdirir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Misirdə avtobus qəzası: 16 nəfər ölüb, 28 nəfər yaralanıbjnews.az səsləndirməsi