Yenilənib: Sentyabr 1, 2026 3:56 axşam
İsrailə təşkil olunan mediatur çərçivəsində azərbaycanlı jurnalistlər 7 oktyabr 2023-cü il hücumlarından zərər çəkən Nahal Oz kibbutzunu və Nova musiqi festivalının memorial ərazisini ziyarət ediblər.
Jnews.az xəbər verir ki, jurnalistlər Nahal Oz kibbutzunda 7 oktyabr hücumlarının yerli sakinlərin həyatına təsiri ilə tanış olublar.
Kibbutz sakini Oşrit Sabaq jurnalistlərə açıqlamasında doğma yaşayış məntəqəsini tərk etmək niyyətində olmadığını bildirib.
“Biz bir daha heç yerə köçməyəcəyik. Bura mənim evimdir”, – deyə Oşrit Sabaq qeyd edib.
Nova festivalından sağ çıxan şəxs yaşadıqlarını danışıb
Azərbaycanlı jurnalistlər daha sonra 7 oktyabr 2023-cü ildə hücuma məruz qalan Nova musiqi festivalının keçirildiyi ərazidə yaradılmış memorialı ziyarət ediblər.
Festivaldan sağ çıxan Mazal Tazazo həmin gün yaşadıqlarını və hücum zamanı necə xilas olduğunu jurnalistlərlə bölüşüb.
