Qəzza zolağında HƏMAS-ın yüksəkvəzifəli üzvü saxlanılıb. Bu barədə İsrailin müdafiə naziri İsrael Kats məlumat verib.
Jnews.az xəbər verir ki, Kats HƏMAS-ın İsrailə qarşı raket hücumlarına cavabın sərt olacağını bildirib.
“Biz təhdid gözləmirik, HƏMAS terrorçularını təqib edir, onları zərərsizləşdirir və terror infrastrukturunu məhv edirik. Qəzzadan hər bir raket buraxılışına cavab güclü və aydın olacaq”, – deyə müdafiə naziri vurğulayıb.
İsrail mediasının məlumatına görə, saxlanılan şəxs HƏMAS-ın Qəzza zolağında Ümumi Təhlükəsizlik Xidmətinin rəhbəridir.
HƏMAS üzvünün saxlanılması ilə bağlı məlumat
Nazirin açıqlaması İsraillə əməkdaşlıq edən silahlı qruplaşmanın Qəzza şəhəri ərazisində HƏMAS-ın yüksəkvəzifəli nümayəndəsini ələ keçirməyə cəhd göstərməsi barədə məlumatlardan sonra səslənib.
Daha sonra İsrail ordusunun mətbuat xidməti Qəzza zolağında təhlükənin aradan qaldırılması məqsədilə bir sıra obyektlərə zərbələr endirildiyini açıqlayıb.
