19 Elul 5786 1 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Ofra Erlih Metulada dərs keçir

İsraildə sərhədyanı ərazilərdə çalışan müəllimlərə qrant veriləcək

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrailin şimal rayonları üzrə “Tnufa” Direksiyası müəllimlər üçün qrant proqramına start verib. Maliyyə dəstəyi ölkənin şimal sərhədindən 9 kilometrədək məsafədə yerləşən yaşayış məntəqələrində təhsil fəaliyyətini davam etdirən müəllimlərə yönəlib.

Jnews.az xəbər verir ki, proqramın şərtlərinə əsasən, ödəniş almaq hüququ qeyd olunan ərazidə çalışan müəllimlərlə yanaşı, yaşayış yeri sərhəddən 30 kilometrədək məsafədə olan pedaqoji işçilərə də şamil olunur.

Təşəbbüsün məqsədi mövcud şəraitdə sərhədyanı bölgələrdə fəaliyyət göstərən təhsil müəssisələrinin pedaqoji heyətinə dəstək vermək və bu ərazilərdə pedaqoji kadr təminatının qorunmasına töhfə verməkdir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsraildə sərhədyanı ərazilərdə çalışan müəllimlərə qrant veriləcəkjnews.az səsləndirməsi