17 Elul 5786 30 avqust 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
MEDİA “AJMedia” ilə bağlı açıqlama yayıb: Yəhudi icmaları portalı tanımadı

Medianın İnkişafı Agentliyindən bəyanat: “AJMedia” qanunsuz fəaliyyət göstərir

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi müxtəlif icmaların və milli azlıqların adından media fəaliyyəti həyata keçirən informasiya resursları ilə bağlı bəyanatla çıxış edib.

Jnews.az-ın məlumatına görə, Medianın İnkişafı Agentliyi vurğulayıb ki, Azərbaycan ərazisində media fəaliyyəti həyata keçirən bütün subyektlər Azərbaycan Respublikasının “Media haqqında” Qanununun tələblərinə əməl etməli və qanunvericiliklə müəyyən edilmiş qaydada “Media Reyestri” informasiya sistemində qeydiyyatdan keçməlidirlər.

“AJMedia” – qanunsuz portal, Media Reyestrində qeydiyyatdan keçməyib

Agentlik bildirib ki, özünü “Azərbaycan Yəhudi Media Mərkəzi” adlı strukturun və yəhudi əsilli bəzi ictimai xadimlərin təşəbbüsü ilə yaradılmış informasiya resursu kimi təqdim edən “AJMedia” xəbər portalı “Media Reyestri” informasiya sistemində qeydiyyatdan keçməyib.

Bəyanatda həmçinin qeyd olunur ki, portalda dərc edilmiş bəzi materiallarda media etikası tələblərinə əməl edilməyib. Medianın İnkişafı Agentliyi qeyd edib ki, “Media haqqında” Qanunun tələblərinin pozulması ilə əlaqədar məhkəmə tərəfindən bu informasiya resursu ilə bağlı müvafiq qərar qəbul edilib. Agentliyin məlumatına görə, məhkəmənin qərarı ilə “AJMedia”nın fəaliyyəti qanunsuz hesab edilib.

Yəhudi dini icmaları saxta xəbərlərin yayılmasına qarşı çıxış ediblər

Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmaları “AJMedia” ilə bağlı birgə bəyanatla çıxış ediblər.

Bəyanatda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dini müxtəlifliyin qorunması, konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi və Azərbaycanda multikultural dəyərlərin təşviqi dövlət siyasətinin ən mühüm istiqamətləridir.

Vurğulanıb ki, dini icmalara göstərilən maliyyə dəstəyi də bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin mühüm göstəricisidir.

Yəhudi dini icmaları bildiriblər ki, dövlət siyasəti ilə yaradılmış əlverişli şəraitdə onlar öz fəaliyyətlərini şəffaflıq, hesabatlılıq və qanunvericiliyin tələblərinə riayət prinsipləri əsasında həyata keçirirlər.

Birgə bəyanatda son günlər özünü “Azərbaycan Yəhudi Media Mərkəzi” kimi təqdim edən, lakin bunun üçün heç bir qanuni səlahiyyətə malik olmayan struktura məxsus “AJMedia” xəbər portalında ölkədə fəaliyyət göstərən yəhudi dini icmalarının fəaliyyəti, o cümlədən maliyyə məsələləri ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılmasından təəssüf ifadə olunub.

İcmalar bildiriblər ki, ayrılan vəsaitlərdən istifadə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir, maliyyə əməliyyatları isə dövlət tərəfindən müvafiq nəzarət və hesabatlılıq çərçivəsində aparılır.

“AJMedia” yəhudi icmalarının mövqeyini əks etdirmir

Bəyanatda vurğulanıb ki, hər hansı özünü yəhudi dini icmalarının adından təqdim edən media strukturunun çıxış etməsi, icmaların rəsmi mövqeyinə istinad etmədən onların mövqeyini təqdim etməsi və ya onların adından ictimai rəy formalaşdırmağa cəhd göstərməsi yolverilməzdir.

“Azərbaycanın yəhudi dini icmaları “AJMedia”nı öz informasiya resursu kimi tanımır, onu bu və ya digər formada dəstəkləmir və bildirirlər ki, bu resursda dərc olunan fikirlər icmaların mövqeyini əks etdirmir”, – deyə bəyanatda qeyd olunur.

İcmalar əlavə ediblər ki, bundan sonra da KİV nümayəndələrinin öz fəaliyyətləri ilə bağlı suallarını cavablandırmağa və ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı mövqelərini birbaşa ifadə etməyə hazırdırlar. Birgə bəyanatı Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovski və Bakı Sefard Yəhudiləri Dini İcmasının rəhbəri Zamir İsayev yayıblar.

Medianın İnkişafı Agentliyinin çağırışı

Öz növbəsində, Medianın İnkişafı Agentliyi vurğulayıb ki, hər hansı icmanın və ya sosial qrupun adından media fəaliyyəti həyata keçirən subyektlər də qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidirlər.

Agentlik belə media subyektlərinin hüquqi və peşəkar statusu, fəaliyyət istiqamətləri və nümayəndəlik funksiyaları barədə ictimaiyyətə düzgün, obyektiv və şəffaf məlumatların təqdim edilməsinin vacibliyini xüsusi qeyd edib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Medianın İnkişafı Agentliyindən bəyanat: “AJMedia” qanunsuz fəaliyyət göstərirjnews.az səsləndirməsi