19 Elul 5786 1 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
ABŞ və Venesuela uzunmüddətli neft saziş bağlayıblar

ABŞ və Venesuela uzunmüddətli neft saziş bağlayıblar

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 30, 2026 1:31 axşam

Venesuela ilə ABŞ arasında neft sektorunda 25 il müddətinə hesablanmış genişmiqyaslı enerji sazişi əldə olunub. Razılaşma çərçivəsində ölkənin neft hasilatının artırılması və uzun illərdir zəifləyən enerji sektorunun bərpası nəzərdə tutulur.

Jnews.az xəbər verir ki, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigesin açıqlamasına görə, 25 illik ikitərəfli layihə 17 strateji neft yatağının işlənməsini nəzərdə tutur. İlkin hədəf gündəlik neft hasilatını 1,5 milyon bareldən çoxa çatdırmaqdır.

Daha 8 neft bloku işlənə bilər

Rodriges bildirib ki, 1,5 milyon barellik hasilat hədəfi yalnız ABŞ-la ikitərəfli saziş çərçivəsində nəzərdə tutulan ilkin göstəricidir.

Daha geniş plan çərçivəsində əlavə 8 yeni neft blokunun da işlənməsi nəzərdə tutulur. Venesuela hökuməti bununla ölkənin enerji sektorunu genişləndirməyi və neft hasilatını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Venesuela neft üzərində suverenliyini saxlayacağını bildirir

Del­si Rodriges sazişin ölkənin təbii sərvətləri üzərində mülkiyyət və suverenliyini qoruduğunu bildirib.

Onun sözlərinə görə, razılaşma çərçivəsində ABŞ kapitalı, texnologiyası və əməliyyat imkanlarından istifadə etməklə Venesuelanın uzun müddətdir böhran yaşayan neft sənayesinin bərpasına dəstək veriləcək.

ABŞ Prezidenti Donald Tramp isə saziş çərçivəsində Vaşinqtonun Venesuelanın 65 milyard bareldən çox təsdiqlənmiş neft ehtiyatlarına əhəmiyyətli çıxış əldə edəcəyini açıqlayıb. Associated Press-in məlumatına görə, yeni yaradılacaq şirkətdə ABŞ-ın hasilat üzrə effektiv payının 55 faiz olması nəzərdə tutulur.

Venesuela gəlirlərini artırmağı gözləyir

Del­si Rodrigesin sözlərinə görə, neftin bir barelinin 65 dollar qiymətindən hesablanması halında saziş Venesuelaya təxminən 209 milyard dollar gəlir gətirə bilər.

O bildirib ki, hasil edilərək satılan hər bareldən təxminən 19 dollar birbaşa Venesuela dövlətinin gəlirlərinə yönələcək.

Venesuela hökuməti sazişi ölkə iqtisadiyyatının bərpası və enerji sektorunun yenidən qurulması baxımından tarixi addım kimi qiymətləndirir. Bununla yanaşı, layihənin tam həyata keçirilməsi üçün ölkənin köhnəlmiş neft infrastrukturuna böyük həcmdə investisiya qoyulması tələb olunur.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
ABŞ və Venesuela uzunmüddətli neft saziş bağlayıblarjnews.az səsləndirməsi