18 Elul 5786 31 avqust 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü

İlham Əliyev və Kasım-Jomart Tokayev arasında görüş keçirilib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında görüş keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Qırğız Respublikasına işgüzar səfərə gəlib. Səfərin əsas məqsədi Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etməkdir.

Dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı “Manas” Beynəlxalq Hava Limanında Qırğızıstan Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb. Hava limanında Azərbaycan Prezidentinin qarşılanması mərasimi üçün fəxri qarovul dəstəsi düzülüb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İlham Əliyev və Kasım-Jomart Tokayev arasında görüş keçirilibjnews.az səsləndirməsi