18 Elul 5786 31 avqust 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə görüş zamanı

Bişkekdə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 31, 2026 1:41 axşam

Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir.

Jnews.az xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirləri çərçivəsində baş tutur.

İlham Əliyev Bişkekə işgüzar səfərə gəlib

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib. Səfərin əsas məqsədi Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etməkdir.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı “Manas” Beynəlxalq Hava Limanında Qırğızıstan Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.

Dövlət başçısının qarşılanması mərasimi üçün hava limanında fəxri qarovul dəstəsi düzülüb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Bişkekdə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilibjnews.az səsləndirməsi