Yenilənib: Avqust 31, 2026 12:49 axşam
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib. Səfərin əsas məqsədi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etməkdir.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı “Manas” Beynəlxalq Hava Limanında Qırğızıstan Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.
Dövlət başçısının qarşılanması mərasimi üçün hava limanında fəxri qarovul dəstəsi düzülüb.




