Yenilənib: Sentyabr 2, 2026 2:49 axşam
Peru hökuməti İranla diplomatik əlaqələri kəsmək barədə qərar qəbul edib.
Jnews.az xəbər verir ki, Peru Xarici İşlər Nazirliyinin açıqlamasına görə, qərarın əsas səbəbləri Yaxın Şərqdəki gərgin vəziyyət, İranın Hörmüz boğazında beynəlxalq dəniz ticarətinə məhdudiyyətlər tətbiq etməsi, ölkədə demokratik vəziyyətin pisləşməsi və İranın nüvə obyektlərinə beynəlxalq yoxlamalara mane olmasıdır.
Peru Xarici İşlər Nazirliyi İranın Yaxın Şərqdə zorakılığı və münaqişənin eskalasiyasını təşviq etməsini də pisləyib. Nazirlik həmçinin Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin nüvə obyektlərinə girişinə mane olmasından narahatlığını ifadə edib.
Bununla belə, diplomatik əlaqələrin kəsilməsi Peru ilə İran arasında bütün əlaqələrin dayandırılması demək deyil. Peru hökuməti iki ölkə arasında konsulluq əlaqələrinin davam etdiriləcəyini açıqlayıb.
Qərar İran tərəfinə Ekvadordakı İran səfirliyi vasitəsilə diplomatik nota ilə çatdırılıb. Bu nümayəndəlik eyni zamanda Peru üzrə də diplomatik missiya funksiyasını yerinə yetirir.
