Rusiyanın Soçi şəhərində dəniz limanı yaxınlığında güclü partlayış səsləri eşidilib, ərazidə tüstü müşahidə olunub.
Jnews.az xəbər verir ki, bəzi yerli və regional media mənbələri Soçiyə dəniz dronları ilə hücum cəhdi edildiyini yazıb.
Soçi şəhərinin meri Andrey Proşunin isə şəhərdə pilotsuz uçuş aparatlarının hücumu təhlükəsinin elan edildiyini və hava hücumundan müdafiə sistemlərinin fəaliyyət göstərdiyini bildirib. Daha sonra mer şəhəri təhdid edən bütün hədəflərin məhv edildiyini, xəsarət alanların olmadığını və infrastruktur obyektlərinə zərər dəymədiyini açıqlayıb.
