21 Elul 5786 3 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi tədbirdə

Paşinyan: Ermənistan Rusiya ilə viza rejimi tətbiq etməyəcək

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 3, 2026 2:11 axşam

Ermənistan Rusiya ilə viza rejimi tətbiq etmək niyyətində deyil.

Jnews.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamalarına münasibət bildirərkən deyib.

Paşinyan bildirib ki, Ermənistanla Rusiya arasında mövcud sərhədkeçmə qaydalarının dəyişdirilməsi məsələsi hazırda hökumətin gündəmində deyil.

Baş nazir bu məsələdə İrəvanın mövqeyinin dəyişmədiyini vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə viza rejiminə keçməsi ilə bağlı hər hansı qərar qəbul edilməyib.

Qeyd edək ki, Mariya Zaxarova daha əvvəl Ermənistanın Rusiya vətəndaşları üçün viza tətbiq etməsinin ilk növbədə İrəvanın özünə zərər vuracağını bildirib. Onun sözlərinə görə, belə bir qərar Ermənistan vətəndaşlarının maraqlarına təsir edəcək. Zaxarova həmçinin Rusiyada yaşayan və Ermənistanda çoxsaylı qohumları olan Rusiya vətəndaşlarının da bu addımdan təsirlənəcəyini qeyd edib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Paşinyan: Ermənistan Rusiya ilə viza rejimi tətbiq etməyəcəkjnews.az səsləndirməsi