İsrailli taekvondoçu Adnan Milad Cənubi Koreyada keçirilən “Muju Taekwondowon 2026 World Taekwondo Grand Prix Series” turnirində üçüncü yeri tutub. İdmançı 63 kiloqramadək çəki dərəcəsində mübarizə aparıb.
Jnews.az xəbər verir ki, Adnan Milad təcrübəli idmançıdır. O, Parisdə keçirilən Paralimpiya Oyunlarında da iştirak edib.
Milad daha əvvəl iki dəfə Avropa çempionatında gümüş medal qazanıb. 2024-cü ildə isə Avropa çempionatında bürünc medal əldə edib.
Mənbə: newsru.co.il
