İsrail basketbolunun tanınmış simalarından olan Miki Berkovicin səhhətində ciddi problemlər olduğu açıqlanıb.
Jnews.az xəbər verir ki, Berkovicin ailəsi onun təxminən iki il yarımdır demensiya ilə mübarizə apardığını ictimaiyyətə açıqlayıb. Son aylarda keçmiş basketbolçu lazımi qayğı və tibbi yardım alması üçün evindən ayrılaraq ixtisaslaşmış müəssisədə yaşamağa başlayıb.
Berkovicin səhhəti və ailəsinin bu vəziyyətlə mübarizəsi “Mikinin sirri” adlı televiziya sənədli filmində də əks olunub. Filmdə onun həyat yoldaşı və ailə üzvlərinin xəstəliyin yaratdığı yeni şəraitə uyğunlaşmaq və ona dəstək olmaq üçün göstərdikləri səylərdən bəhs edilir.
Miki Berkovic İsrail basketbolunun ən tanınmış oyunçularından biri hesab olunur. O, uzun illər “Makkabi” Təl-Əvivin və İsrail milli komandasının aparıcı üzvü olub.
Mənbə: jpost.com
