Yenilənib: Avqust 25, 2026 11:10 səhər
Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Pekində İordaniya kralı II Abdullah ilə görüşüb.
Jnews.az xəbər verir ki, tərəflər görüş zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Si Cinpin Fələstin məsələsinin Yaxın Şərq probleminin mərkəzində dayandığını vurğulayıb.
Çin lideri bildirib ki, Fələstin məsələsinin həlli siyasi yollarla aparılmalı, iki dövlətli həll əsas istiqamət kimi qəbul edilməlidir. O, Fələstin və İsrail arasında sülh danışıqlarının bərpasına və müstəqil Fələstin dövlətinin tezliklə yaradılmasına çağırıb.
Si Cinpin həmçinin Fələstinin fələstinlilər tərəfindən idarə olunması prinsipinin qorunmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu prinsip İordan çayının qərb sahilinin idarə olunması və Qəzzanın müharibədən sonrakı bərpası prosesində də nəzərə alınmalıdır.
Çin rəhbəri beynəlxalq ictimaiyyəti, xüsusilə BMT Təhlükəsizlik Şurasını mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, humanitar yardımın çatdırılması və humanitar fəlakətin qarşısının alınması üçün məsuliyyətli davranmağa çağırıb.
Si Cinpin bildirib ki, beynəlxalq hüquqa əsaslanan ədalətli və uzunmüddətli həllə nail olmaq üçün həm mövcud problemləri, həm də onların əsas səbəblərini aradan qaldırmaq lazımdır.
Mənbə: cursorinfo.co.il
