Yenilənib: Avqust 25, 2026 10:14 səhər
İsrailin Baş naziri Binyamin Netanyahu İranın oğluna qarşı sui-qəsd cəhdi etdiyini bildirib.
Jnews.az xəbər verir ki, Netanyahu bu barədə İsrailin “Channel 14” telekanalına telefonla verdiyi müsahibədə danışıb.
“İnanılmaz bir hadisə baş verib. İran oğullarımdan birini hədəfə alıb. Onu öldürməyə cəhd edib”, – Netanyahu bildirib.
Baş nazir hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb. O, sui-qəsd cəhdinin nə vaxt baş verdiyini, hansı oğlunun hədəf seçildiyini və planın nə dərəcədə həyata keçirilməyə yaxın olduğunu bildirməyib.
Məlumata görə, Netanyahu bu açıqlamanı ailə üzvlərinə göstərilən təhlükəsizlik tədbirləri ilə bağlı müzakirə zamanı verib.
Baş nazirin hansı oğlunun – Yairin, yoxsa Avnerin hədəf alındığı hələlik açıqlanmayıb.
Mənbə: minval.az
