Yenilənib: Sentyabr 4, 2026 2:49 axşam
İsrailin Qüş Etsion bölgəsində güclü yanğını Gvaot yaşayış məntəqəsinə doğru yayılıb və sakinlərin təxliyəsinə başlanılıb.
Jnews.az xəbər verir ki, İsrail Yanğınsöndürmə və Xilasetmə Xidmətinin məlumatına görə, güclü külək alovun yaşayış məntəqəsinə doğru yayılmasını sürətləndirib.
Yanğınsöndürmə qüvvələri alovun yaşayış ərazisinə çatmasının qarşısını almaq üçün hadisə yerində mübarizə aparırlar. Əraziyə dörd yanğınsöndürmə təyyarəsi də cəlb olunub.
Yanğının yayılmasının qarşısının alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təxliyə tədbirləri həyata keçirilir.
Mənbə: jpost.com
