Böyük Britaniya İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmi olaraq ölkənin milli təhlükəsizliyinə təhdid kimi tanıyıb.
Böyük Britaniya hökumətinin yaydığı açıqlamada bildirilib ki, bu qərar SEPAH-ın fəaliyyəti və onun ölkənin milli təhlükəsizliyinə yarada biləcəyi risklərin qiymətləndirilməsi əsasında qəbul edilib.
Rəsmi Londona görə, bu, ölkənin SEPAH-a qarşı mövqeyinin daha da sərtləşdirilməsinin göstəricisidir. Qərar Yaxın Şərqdə artan regional gərginlik fonunda qəbul olunub.