22 Elul 5786 4 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyinin binası

Azərbaycanda 8 ayda vergi daxilolmaları 12,6 milyard manata çatıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İqtisadiyyat
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

2026-cı ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vasitəsilə dövlət büdcəsinə 12 milyard 619,1 milyon manat vergi daxil olub. Bu göstərici proqnozdan 900,1 milyon manat çoxdur və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,58 milyard manat və ya 9,2 faiz artıb.

Jnews.az xəbər verir ki, daxilolmaların əhəmiyyətli hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu sektordan dövlət büdcəsinə 9 milyard 460 milyon manat vergi daxil olub. Göstərici proqnozu 281,7 milyon manat üstələyib, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 1,34 milyard manat və ya 12,3 faiz artıb.

Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da proqnozu üstələyib. Bu istiqamət üzrə daxilolmalar 4,5 milyard manat təşkil edib və proqnozdan 229,4 milyon manat çox olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 161,8 milyon manata, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 682 milyon manatdan çoxa çatıb.

Vergi daxilolmalarının artımında qeyri-neft-qaz sektorunun xüsusi çəkisinin yüksəlməsi diqqət çəkir. 2025-ci ildə bu sektor dövlət büdcəsi gəlirlərinin 51,9 faizini təmin edib.

2026-cı ilin ilk yarısında isə qeyri-neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində payı 57,3 faizə çatıb.

Dövlət Vergi Xidmətinin 2026-cı ilin yanvar-avqust ayları üzrə məlumatına əsasən, vergi daxilolmaları üzrə proqnoz 107,7 faiz səviyyəsində icra olunub. 2026-cı il üçün Dövlət Vergi Xidməti vasitəsilə dövlət büdcəsinə daxilolmaların proqnozu 16,91 milyard manat müəyyən edilib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Azərbaycanda 8 ayda vergi daxilolmaları 12,6 milyard manata çatıbjnews.az səsləndirməsi