23 Elul 5786 5 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Suriya-Livan sərhədində 226 partlayıcı qurğu aşkarlanıb

Suriya-Livan sərhədində 226 partlayıcı qurğu aşkarlanıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅

Suriyanın Limanlar və Gömrük Baş İdarəsi Suriya-Livan sərhədində Livana qaçaqmalçılıq yolu ilə keçirilməsi planlaşdırılan silah-sursatın qarşısının alındığını açıqlayıb.

Qurumun yaydığı məlumata görə, sərhəd-keçid məntəqəsində aparılan yoxlama zamanı avtomobilin xüsusi hazırlanmış gizli bölmələrində gizlədilmiş RGC tipli 226 partlayıcı qurğu aşkar edilərək müsadirə olunub. Bildirilib ki, həmin partlayıcıların Livan ərazisinə qanunsuz yolla daşınması planlaşdırılırdı.

Bu, son bir həftə ərzində Suriyadan Livana silah qaçaqmalçılığı cəhdinin qarşısının alındığı ikinci hadisədir. Belə ki, iyulun 16-da Suriyanın Daxili İşlər Nazirliyi Livandakı “Hizbullah”a çatdırılması nəzərdə tutulan silah və raket partiyasının ələ keçirildiyini açıqlamışdı.

Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmaların davam etdirildiyini bildiriblər.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →