23 Elul 5786 5 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Razılaşma: İsrailin ordusunun çıxdığı kəndə Livan əsgərləri daxil olub

Razılaşma: İsrail ordusunun çıxdığı kəndə Livan əsgərləri daxil olub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅

Livan ordusu İsraillə imzalanmış çərçivə sazişinin icrası çərçivəsində ölkənin cənubunda yerləşən Zavtar əl-Qərbiyə kəndinə daxil olub.

Al Jazeera” xəbər verir ki, hərbi bölmələr kənd ərazisində minalardan təmizləmə əməliyyatlarına başlayıb. Bununla əlaqədar Livan ordusu vətəndaşları təhlükəsizlik vəziyyəti tam sabitləşənədək həmin əraziyə səfər etməməyə çağırıb.

Məlumata görə, Zavtar əl-Qərbiyə İsrail qoşunlarının çıxarılacağı və onların yerinə Livan ordusunun yerləşdiriləcəyi ilk altı “pilot zona”dan biri seçilib.

Bu proses ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında əldə olunmuş razılaşmanın mərhələli şəkildə həyata keçirilməsi çərçivəsində icra olunur.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →