11 Tammuz 5786 26 iyun 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:05, şənbə
TƏCİLİ
Hamısı Siyasət Cəmiyyət Dünya Hadisələr İqtisadiyyat İdman Texnologiya Mədəniyyət Xəbərlər
“Yəhudi Olimpiadası” başlayır: Yerusəlimdə möhtəşəm açılış olacaq

“Yəhudi Olimpiadası” başlayır: Yerusəlimdə möhtəşəm açılış olacaq

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İdman
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İyulun 1-dən İsrailin paytaxtı Yerusəlimdə yəhudi dünyasının ən böyük beynəlxalq idman tədbiri hesab olunan 22-ci Makkabiada Oyunları start götürəcək.

“The Jerusalem Post” qəzetinin yaydığı məlumata görə, "Yəhudi Olimpiadası" kimi tanınan yarışların təntənəli açılış mərasimi Yerusəlimdəki "Teddi" stadionunda keçiriləcək. Mərasimdə dünyanın onlarla ölkəsindən minlərlə idmançının iştirakı gözlənilir.

İki həftə davam edəcək turnirdə iştirakçılar futbol, basketbol, üzgüçülük, yüngül atletika, tennis və digər idman növləri üzrə mübarizə aparacaqlar.

Təşkilatçıların məlumatına əsasən, "Makkabiada-2026" oyunlarında 55-ə yaxın ölkədən 8 mindən çox idmançının iştirakı gözlənilir. İdmançılar 45 idman növü üzrə medal uğrunda yarışacaqlar. Oyunlar Yerusəlim, Tel-Əviv, Hayfa, Hersliya, Raanana və İsrailin digər şəhərlərində keçiriləcək.

Bu il Makkabiada Oyunlarının əsas şüarı "More Than Ever" ("Hər zamankindən daha çox") seçilib. Təşkilatçılar bildirirlər ki, yarışlar müxtəlif ölkələrdə yaşayan yəhudi icmaları ilə İsrail arasında idman, mədəniyyət və gənclər mübadiləsi vasitəsilə əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.

Qeyd edək ki, Makkabiada Oyunları ilk dəfə 1932-ci ildə keçirilib və iştirakçı sayına görə dünyanın ən böyük çoxnövlü idman tədbirlərindən biri hesab olunur. Oyunların açılış mərasimi iyulun 1-də Yerusəlimdəki "Teddi" stadionunda, bağlanış mərasimi isə iyulun 13-də Tel-Əvivdə təşkil olunacaq.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
“Yəhudi Olimpiadası” başlayır: Yerusəlimdə möhtəşəm açılış olacaqjnews.az səsləndirməsi